Distributorluq

Şirkət adı:

BASF Caspian MMC

Distributorluq
Haqqında:

BASF Caspian MMC haqqında

BASF Caspian MMC nəhəng BASF kimya şirkətlər qrupuna aiddir. 2006-cı ildən etibarən BASF şirkəti Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir. Bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir. Şirkət inşaat kimya məhsullarından: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksi və polüretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.

Kimya sənayesinin bütün sahələrində etibarlı tərəfdaş olan BASF müasir texnologiyalar yaradır və onları yeni bazarlara çıxardaraq istifadə edir. Təbiətin qorunmasını, sosial cavabdehlik və iqtisadi uğurları birləşdirərək, şirkət хоşbəхt gələcəyin inkişafına böyük  dəstək olur.

 

BASF şirkəti haqqında

BASF Mərkəzi Lüdviqshavendə yerləşən dünyanin ən böyük Alman kimya şirkətidir. Onun istehsalına kimyəvilər, plastiklər, ixtisaslaşdırılmış məhsullar, inşaat kimyəvi məhsulları, kənd təsərrüfatı üçün məhsullar, incə orqanik sintez kimyəvi məhsulları, xam neft və təbii qaz daxildir.

BASF şirkətində işləyən işçilərin sayı 115 000 nəfər və 2017-ci il ümumi satışın həcmi 64.5 milyard Avro təşkil etdi. BASF şirkəti yeni texnologiyalar yaradır və onları yeni bazarlara çıxardaraq istifadə edir. BASF şirkəti haqqında daha geniş məlumatı www.basf.com internet adresindən öyrənə bilərsiniz.